Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

2016-11-30 12:51   15   Mənbə : www.oxu.az

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində çıxış edənlər kursantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və fərqlənən hərbi qulluqçular fəxri fərmanla təltif edilib.

Sonda xatirə şəkili çəkilib.

A.M.

xeberler app

Xəbər lenti