Tiflisdə “Pandemiya və onun profilaktikası” mövzusunda beynəlxalq konfrans keçirilib

Tiflisdə “Pandemiya və onun profilaktikası” mövzusunda beynəlxalq konfrans keçirilib

2016-11-30 22:39   25   Mənbə : www.apa.az

Tiflisdə Dünya Səhiyyə Təşkilatının (DST) təşkilatçılığı və maliyyə dəstəyi ilə “Pandemiya və onun profilaktikası” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Karolina Braun açıb.

Büro rəhbəri çıxışında 2009-cu ildə pandemiya xəstəliyindən dünyanın bir çox ölkələrində insanların əziyyət çəkdiyini, nəticədə 400 minədək xəstənin öldüyünü vurğulayıb. Tədbirdə bu xəstəliklə müasir üsullarla mübarizə aparmağın vaxtı çatdığı bildirilib. Qeyd edilib ki, məhz bu məqsədlə DST belə xəstəliklərlə bağlı beynəlxalq konfranslar keçirir və xəstəliklə mübarizə üsullarından bəhs edən təklif və rəylərdən ibarət proqramlar hazırlayıb üzv ölkələrə yaymaq niyyətindədir.

Sonra konfransda pandemiya və digər epidemoloji xəstəliklərlə bağlı müxtəlif mübarizə metodları haqqında mütəxəssislər tərəfindən çıxışlar edilib və dialoq şəkilində ətraflı müzakirə aparılıb. DST-na üzv ölkələrin səhiyyə təşkilatlarının təklif və rəyləri dinlənilib. Qeyd olunub ki, hazırda DST-na üzv olan 10 dövlətdə xəstəliklə mübarizə üsulları hazırlanır. Beynəlxalq konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin sanitariya və epidemioloji şöbəsi təmsil edib.

Xatırladaq ki, 1996-ci ildə Azərbaycanda pandemiya xəstəliyinin yayılmasına yol verməmək “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Qanun qəbul edilib. “Pandemiya və onun profilaktikası” mövzusunda keçirilən beynəlxalq konfransa Azərbaycan, Gürcüstan və digər ölkələrin səhiyyə nazirliklərinin nümayəndələri və Avropa ölkələrindən gələn beynəlxalq ekspertlər və həkimlər qatılıblar.

xeberler app

Xəbər lenti