Azərbaycanda növbəti 4 ildə qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır

Azərbaycanda növbəti 4 ildə qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır

2016-11-30 21:02   29   Mənbə : www.trend.az

Bakı. Ənvər Məmmədov - Trend:

2017-2020-ci illərdə Azərbaycanda qeyri-neft sənayesində orta illik artımın 7,4 faiz olacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, aqrarsənaye komplekslərində gələn il istehsalın 4,9 faiz artacağı proqnozlaşdırılır. Xidmət sahələrində isə artım proqnozu gələn il üçün 2,2, növbəti dörd il üçün isə 7,4 faizdir.

xeberler app

Xəbər lenti