Manat neftin üzməsinə adaptasiya olunub

Manat neftin üzməsinə adaptasiya olunub

2016-11-30 13:50   25   Mənbə : www.oxu.az

“Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: “Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır”.

“Maliyyə Sabitiiyi Şurası yaradılıb. Bu şurada ciddi iş gedir, müzakirələr aparılır. Ölkədə makroiqsadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtidadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur”, - deyə baş bankir əlavə edib.

A.M.

xeberler app

Xəbər lenti