SOCAR-ın Türkiyə bazarında rəqibləri azalıb

SOCAR-ın Türkiyə bazarında rəqibləri azalıb

2016-11-30 14:07   18   Mənbə : www.oxu.az

Avstriyanın OMV konserninin Türkiyədəki törəməsi olan “Petrol Ofisi” şirkətini almaqda iddialı olan şirkətlərin sayı azalıb. 

Oxu.Az-ın məlumatına görə, APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, OPET və BP şirkətləri “Petrol Ofisi”nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.

Beləliklə, “Saudi Aramco”, “Petromim-C”, “Vitol” və SOCAR şirkətləri tenderdə iştirakını davam etdirir.

“Bloomberg” agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında “Petrol Ofisi”nin yeni sahib olmağa ən çox şansı olan “Saudi Aramco”dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 milyard avro təklif edib.

Bundan öncə xəbər verdiyimiz kimi, “Saudi Aramco” danışıqlar prosesinə HSBC bankını cəlb edib.

Qeyd edək ki, “Petrol Ofisi”nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.

U.A.

xeberler app

Xəbər lenti