KİV: “YouTube” Rusiyadan gedə bilər

KİV: “YouTube” Rusiyadan gedə bilər

2016-11-30 14:40   22   Mənbə : www.oxu.az

Əgər peşəkar kontentli xarici audivizual servis sahiblərinin payının məhdudlaşdırılmasına dair qanun qəbul edilərsə, “YouTube” videohostinqi Rusiya ərazisindən gedə bilər. 

Oxu.Az xəbər verir ki, bu barədə Mediakommunikasiya İttifaqının hüquq komitəsinə və digər mənbələrə istinadən “Kommersant” qəzeti məlumat yayıb. 

“Audivizual servis təşkilatçısı” anlayışı altına “YouTube” düşür, burada istifadəçilər öz istehsalları olan videoları da yerləşdirirlər. Qanunun qəbul edilməsi “YouTube”un Rusiya ərazisindən getməsinə səbəb ola bilər”, - qəzet yazıb. 

Videohostinq peşəkar kimi, istifadəçi kontentinə də malikdir, amma hazırkı mərhələdə birinin digərindən ayırma üsulu mövcud deyil, “Kommersant”ın mənbələri “YouTube”un Rusiyadan getmə səbəblərini dəqqiləşdirməyə çalışıblar. Bundan başqa, mənbə hesab edir ki, qanunun qəbul edilməsi əlavə infrastrukturun yaradılması üçün xərclərə səbəb ola bilər. 

Nəşrin məlumatına görə, “Vımpelkom” və MTS rabitə operatorları da xarici onlayn-kinoteatrların fəaliyyətinin məhdudlaşdırılmasına qarşı çıxırlar.

Keçən həftə deputatlar Şamsail Saraliyev (“Vahid Rusiya”) və Andrey Luqovoy (RLDP) Dövlət Dumasına xarici onlayn-kinoteatrlarına 20% məhdudiyyət qoyulmasına və bir sıra məhdudiyyətlərə dair qanun layihəsini çıxarıb. Qanun layihəsi ay ərzində Rusiya ərazisində yaşayan 100 min internet istifadəçinin daxil olduğu və ya Rusiyanın bir regionunda olan istifadəçilər üçün nəzərdə tutulan və auditoriyası ay ərzində 20 min nəfərdən ibarət olan xarici audivizal servislərin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Belə onlayn kinoteatrlar xüsusi reyesterə daxil ediləcək. 

E.Ə.

xeberler app

Xəbər lenti