Stend atıcılığı üzrə Rusiya çempionu intihar etdi

Stend atıcılığı üzrə Rusiya çempionu intihar etdi

2016-11-30 15:05   21   Mənbə : www.oxu.az

Rusiyanın stend atıcılığı üzrə çempionu Vladislav Loşakov intihar edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 

REN TV-nin məlumatına görə, 20 yaşlı atıcının meyiti noyabrın 13-də ölkə paytaxtının cənubi-şərqində aşkar edilsə də, bu haqda məlumat yalnız indi yayılıb. Hadisə yerində polislər Loşakovun idman silahını və ölümündən öncə yazdığı məktubu tapıblar. Məktubda gənc adam “həyatdan” yorulduğunu yazmışdı.  

Loşakov noyabrın 6-da Lyublino rayonunda itkin düşmüşdü. Evdən çıxaraq məşqə getmiş və geri qayıtmamışdı, onun itməsi barədə valideynləri bildiriblər. 

Loşakov 2016-cı ildə 20 yaşına qədər idmançılar arasında komanda yarışlarında Rusiya çempionatının qızıl medalını qazanıb. 

E.Ə.

xeberler app

Xəbər lenti