Zakir Həsənov: Xəzərdə beynəlxalq hərbi oyunları keçirməyə hazırıq

Zakir Həsənov: Xəzərdə beynəlxalq hərbi oyunları keçirməyə hazırıq

2016-11-30 15:38   22   Mənbə : www.oxu.az

“Azərbaycan gələn il Rusiyanın dəstəyi ilə “Xəzər kuboku” beynəlxalq hərbi oyunlarını keçirməyə hazırdır”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı deyib.

O, Azərbaycan hərbçilərinin məmnuniyyətlə beynəlxalq hərbi oyunlarda iştirak etdiyini vurğulayıb: “Ümid edirəm ki, Rusiyanın texniki dəstəyi ilə “Xəzər Kuboku”nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik”.

A.M.

xeberler app

Xəbər lenti