“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib – FOTO

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib – FOTO

2016-11-30 17:18   16   Mənbə : www.oxu.az

Millət vəkili, yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlxam Aliev. Portret prezidenta na fone peremen”) kitabının təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, media rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə prezident İlham Əliyevin 21-ci əsrin böyük şəxsiyyətlərindən biri olduğunu bildirib.

A.Əlizadə kitabda İlham Əliyevin lider kimi keyfiyyətlərindən bəhs olunduğunu nəzərə çatdırıb:

“Bu kitab Azərbaycan həqiqətlərinin rus dilində dünyaya çatdırılmasına böyük töhfə verəcək. Kitabın aparıcı dillərə tərcümə edilərək nəşr edilməsinə ehtiyac var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov kitabda dəyərli məlumatların əksini tapdığını söyləyib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr həm milli, həm də regional və qlobal maraqlara cavab verir”.

Millət vəkili Musa Qasımlı sabiq prezident Heydər Əliyev, daha sonra bu siyasi kursun layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu neft strategiyasından danışıb:

“Həyata keçirilən neft-qaz siyasəti qeyri-neft sektorunun inkişafına, Azərbaycan xalqının rifahının yüksəldilməsinə xidmət edir”. 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin prezident İlham Əliyevin qısa dövrdə nəhəng, titanik işlər gördüyünü vurğulayıb:

“Bu, böyük talantla, genlə bağlıdır. Əliyevlər ailəsinin həyatı mübarizədə keçib. Heydər Əliyev SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olub, bu, kifayət qədər böyük vəzifə idi. Heydər Əliyev çətin şəraitdə bir çox proqramlar həyata keçirdi. Heydər Əliyev Azərbaycanın müstəqillik illərində Gəncəyə getdi və vətəndaş müharibəsinin qarşısını aldı. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir”.

Millət vəkili, politoloq Rasim Musabəyov prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayıb.

Yazıçı-publisist Natiq Rəsulzadə kitabda prezident İlham Əliyev şəxsiyyətinin parlaq, aydın təsvir edildiyini qeyd edib.

Kitabın müəllifi, millət vəkili E.Axundova deyib ki, bu kitab Azərbaycan və rəhbəri barədə az məlumatlı olan xarici auditoriya üçün nəzərdə tutulub:

“Artıq bir neçə xarici nəşriyyat kitabla maraqlanır və nəşr etmək niyyətindədir. Mənim əsas hədəfim İlham Əliyevin portretini yaratmaq, lider və insan kimi keyfiyyətlərini təqdim etmək olub. Bu kitabın ərsəyə gəlməsinin ideya müəllifi akademik Ramiz Mehdiyevdir. Kitabı hazırlayarkən Ramiz Mehdiyevin bir neçə il əvvəl prezident İlham Əliyevin 10 illik fəaliyyəti ilə bağlı müəllifi olduğu “Azərbaycanı dəyişən 10 il” kitabı mənim stolüstü kitabım olub, müəyyən sitatları da bu kitabdan götürmüşəm”.

Tədbir çıxışlarla davam edib.

A.S.

xeberler app

Xəbər lenti