OPEK neft hasilatının azaldılmasına dair razılığa gəldi

OPEK neft hasilatının azaldılmasına dair razılığa gəldi

2016-11-30 17:36   17   Mənbə : www.oxu.az

OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 

Oxu.Az xəbər verir ki, Report-un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 

Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanmışdır. Dünya bazarında neftin qiymətləri artıq 51 dollar/barel həddini keçib, lakin onun 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.

U.A.

xeberler app

Xəbər lenti