Rusiyanın yeni ən gənc naziri

Rusiyanın yeni ən gənc naziri

2016-11-30 18:12   21   Mənbə : www.oxu.az

Rusiya prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi inkişaf nazirliyinə rəhbərlik etməyi təklif edib.

Oxu.Az xəbər verir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.

U.A.

xeberler app

Xəbər lenti