Yaponiya XİN rəhbəri Rusiyaya səfər edəcək

Yaponiya XİN rəhbəri Rusiyaya səfər edəcək

2016-12-01 01:52   17   Mənbə : www.apa.az

Yaponiyanın xarici işlər naziri Fumio Kisida Rusiyaya səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-də başlayan səfər üç gün davam edəcək.

Yaponiya XİN rəhbəri Vladimir Putinin Yaponiyaya səfəri ərəfəsində Rusiyada bir sıra görüşlər keçirəcək. Dekabrın 3-də Fumio Kisida Rusiya xarici işlər naziri Sergey  Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

“Kiodo” agentliyinin məlumatına görə, dekabrın 2-də Yaponiya XİN rəhbərinin Sankt-Peterburqda Vladimir Putinlə görüşü gözlənilir. 

xeberler app

Xəbər lenti