Soso Pavliaşvilinin konsertində “Qarabağ! Qarabağ!” şüarları

Soso Pavliaşvilinin konsertində “Qarabağ! Qarabağ!” şüarları

2016-11-30 21:58   6   Mənbə : www.oxu.az

Soso Pavliaşvilinin konserti bir saatdan da artıq gecikmə ilə başladı. 

Oxu.Az-ın məlumatına görə, bu barədə virtualaz.org-a hadisə yerində olan oxucular xəbər verib.

Müğənninin səhnəyə çıxmasına az qalmış bir qrup şəxs dava salıb və “Qarabağ! Qarabağ!” şüarları səsləndirib.

Sarayın təhlükəsizlik xidməti onları konsert zalından çıxarıb.

Qeyd edək ki, konsert zalında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Polis konsertə gələnləri bir-bir yoxlayır. Zalda bir çox tanınmış şəxslər, o cümlədən iş adamı Araz Ağalarov da var.

S.B.

xeberler app

Xəbər lenti