Zinəddin Zidanın oğlu “Real”-ın heyətində debüt oyununda qol vurub

Zinəddin Zidanın oğlu “Real”-ın heyətində debüt oyununda qol vurub

2016-12-01 02:17   33   Mənbə : www.apa.az

İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab qarşılaşmaları keçirilir. Apasport.az saytının məlumatına görə, “Real” öz meydanında “Leonesa” ilə oynayıb.

İlk oyunda 7:1 hesabı ilə qələbə qazanmış “kral klubu” bu dəfə də darmadağına sevinib. Madridlilər bu dəfə 6:1 hesablı qələbə qazanıblar.

Oyunun əsas məqamlarından biri baş məşqçi Zinəddin Zidanın oğlu Enzo Zidanın əsas komanda ilə ilk rəsmi matçına çıxması olub. İkinci hissənin əvvəlində İskonun yerinə oyuna daxil olan 21 yaşlı Enzo debüt matçındaca fərqlənməyi bacarıb.

Görüşdəki digər qolları Mariano Diaz Mexia (3), Xames Rodrigez, Sezar Orteqa (öz qapısına) vurub.

xeberler app

Xəbər lenti