Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı dəyişdirildi

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı dəyişdirildi

2016-11-30 22:42   28   Mənbə : www.oxu.az

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.

Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq. 

Bu addım Qran Prinin “24 saat Le Man” marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.

Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.

26 mart

Melburn

Avstraliya

9 aprel

Şanxay

Çin

16 aprel

Bəhreyn

Bəhreyn

30 aprel

Soçi

Rusiya

14 may

Barselona

İspaniya

28 may

Monte Karlo

Monako

11 iyun

Monreal

Kanada

25 iyun

Bakı

Azərbaycan

9 iyul

Şpilberq

Avstriya

16 iyul

Silverstoun

Böyük Britaniya

30 iyul

Budapeşt

Macarıstan

27 avqust

Spa-Frankorşamp

Belçika

3 sentyabr

Montsa

İtaliya

17 sentyabr

Sinqapur

Sinqapur

1 oktyabr

Sepanq

Malayziya

8 oktyabr

Suzuka

Yaponiya

22 oktyabr

Ostin

ABŞ

29 oktyabr

Mexiko

Meksika

12 noyabr

San Paulu

Braziliya

26 noyabr

Abu Dabi

BƏƏ

S.B.

xeberler app

Xəbər lenti