Bərdədə bir ailənin dörd üzvü narkotik alverinə görə saxlanıb – FOTO

Bərdədə bir ailənin dörd üzvü narkotik alverinə görə saxlanıb – FOTO

2016-11-30 23:37   30   Mənbə : www.oxu.az

Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin dörd üzvü saxlanılıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, rayonun Zümürxan kəndində ata və üç oğlu tutulublar.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Vəkil Əsgərov bildirib ki, rayon polis şöbəsinin əməkdaşları kecirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Mənaf Məmmədovla birlikdə rayon sakini Elcin Əliyeva narkotik maddə satarkən iş başında saxlanılıblar. 

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış kecirən polis əməkdaşları saxlanılan şəxslərin ataları, 49 yaşlı Ədilxan Məmmədovun və saxlanılanların daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından 1 kq 200 qram qurudulmuş marixana və 16 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar ediblər.

Polisin məlumatına görə, 30 yaşlı Elgiz Məmmədov kirminal nüfuza malik şəxsdir o, el arasında “Qoca” ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

S.B.

xeberler app

Xəbər lenti