Neftin qiyməti kəskin bahalaşdı

Neftin qiyməti kəskin bahalaşdı

2016-12-01 00:34   37   Mənbə : www.oxu.az

Dünya bazarlarında neftin qiyməti 9%-ə qədər bahalaşıb.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London birjasında Brent markalı neft 9,11% bahalaşaraq bareli 51,63 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 8,29% bahalaşaraq 49,20 dollara satılıb.

Qeyd edək ki, OPEK-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 

S.B.

xeberler app

Xəbər lenti