Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?

Putin və Ərdoğan telefon söhbətində nədən danışdı?

2016-11-30 22:19   20   Mənbə : www.publika.az

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.

Telefon söhbətinin gedişatında Suriyada, həmçinin Hələb ətrafındakı vəziyyət müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Rusiya KİV-i Kremlin mətbuat xidməti Dmitri Peskovdan Türkiyə prezidentinin Suriya lideri Bəşər Əsədin devirilməsi haqqında mövqeyini izah edib-etmədiyini öyrənməyə çalışıb. Lakin Peskov bu sualı cavablandırmayıb.

Xatırladaq ki, dünən Ərdoğan Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatın hədəfinin Əsədin devrilməsi olduğunu söyləyib.

Ömər

xeberler app

Xəbər lenti