OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq

OPEC gündəlik neft hasilatını 1,2 mln. barel azaldacaq

2016-11-30 17:39   13   Mənbə : www.xezerxeber.com

OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 

Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanıb. 

Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barelə endirməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barelə enib. Qiymətin 50 dollar/bareldə tarazlıq tapması gözlənilir.

Bugünə aid digər xəbərlər

xeberler app

Xəbər lenti