Ford 35 yaşlı kişini vurub öldürdü

"Ford" 35 yaşlı kişini vurub öldürdü

2016-12-02 12:58   20   Mənbə : www.trend.az

Bakı. Trend:

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də saat 03 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub, nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

xeberler app

Xəbər lenti