Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

2016-12-02 13:02   25   Mənbə : www.trend.az

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi xaricdə distant ali təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmamasının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib ki, hazırda Azərbaycanda distant təhsil formasının mexanizmi mövcud deyil.

Onun sözlərinə görə, Azərbaycanda distant təhsil mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmirlər.

S.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sorna həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq.

Nazirlik rəsmisi Azərbaycanın diplomlarının hər bir xarici ölkənin prosedur qaydalarına uyğun olaraq tanındığını söyləyib.

xeberler app

Xəbər lenti