“Europol”: Avropada yaxın günlərdə yeni terror aktları olacaq

“Europol”: Avropada yaxın günlərdə yeni terror aktları olacaq

2016-12-02 13:35   32   Mənbə : www.oxu.az

“Europol” (Avropa İttifaqı polisi - “Report”) terrorçu İŞİD qruplaşmasının yaxın günlərdə Avropada yeni terror aktları planlaşdırdığı barədə xəbərdarlıq edib.

Oxu.Az-ın məlumatına görə, “Report” “DW”yə istinadən xəbər verir ki, qurum dekabrın 2-də bununla bağlı hesabat yayıb.

“İŞİD-in İraq və Suriyada verdiyi itkilər onun Avropanın qərb hissəsində yeni terror aktları törədəcəyi təhlükəsini artırır. Avropa İttifaqına üzv dövlətlərin ərazisində terror aktlarını bir nəfər, yaxud qrup da törədə bilər. Terror aktlarının Almaniya, Belçika, Niderland və Britaniya ərazilərində törədilməsi ehtimalı böyükdür”, -deyə hesabatda vurğulanıb.

Məlumatda o da qeyd olunub ki, Avropa İttifaqı ölkələrində onlarla potensial terrorçu var.

U.A.

xeberler app

Xəbər lenti