“Bakı Metropoliteni”nin “Azərbaycan rəssamları” adlı növbəti sərgisi açılıb

“Bakı Metropoliteni”nin “Azərbaycan rəssamları” adlı növbəti sərgisi açılıb

2016-12-02 13:42   24   Mənbə : www.oxu.az

Dekabrın 1-də “Bakı Metropoliteni” QSC-nin “Metro Gallery” layihəsi çərçivəsində “Azərbaycan rəssamları” adlı növbəti sərgisi açılıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, sərgidə 37 həvəskar rəssamın 90 əsəri nümayiş etdirilir. Sərginin müddəti 6 ay davam edəcək. Əsərlər “Nəriman Nərimanov” metro stansiyasının hər iki vestibülündə nümayiş edilir.

N.Paşayev qeyd edib ki, bununla bağlı Metropoliten yaz aylarında elan verib və xeyli sayda rəsm əsərləri daxil olub. Bu rəsm əsərlərindən münsiflər heyəti tərəfindən 90 əsər seçilərək sərgidə nümayiş etdirilir. Bu tip layihələr “Metro Gallery” çərçivəsində “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarında davamlı olacaq.

A.S.

xeberler app

Xəbər lenti