Ümumdünya Taekvondo Federasiyası Bakıdakı planlarını açıqlayıb

Ümumdünya Taekvondo Federasiyası Bakıdakı planlarını açıqlayıb

2016-12-02 12:38   22   Mənbə : www.apa.az

“Rio-2016 taekvondo növü üçün Olimpiadalar tarixinin ən yaxşısı oldu. Əksər idmançılar artıq yeni Olimpiya tskili barədə düşünür”. Apasport.az saytının məlumatına görə, bu barədə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu açıqlama verib.

2016-cı ilə Bakıda təşkil olunacaq tədbirlərlə yekun vurulacaq WTF rəhbəri ölkəmizdəki planları haqda məlumat verib. O bildirib ki, Tokio-2020-yə vəsiqə uğrunda mübarizə Azərbaycanda daha gərgin xarakter alacaq: “İlin Bakıda keçiriləcək son Qran-prisi idmançılara Tokio yolunda erkən reytinq xalları qazandırmaq imkanı verəcək. Orda təşkil olunacaq ilin ən yaxşılarının mükafatlandırma mərasimində idmançı və rəsmilərə təşəkkürümüzü bildirəcəyik. Ardınca komandalararası dünya çempionatı olacaq ki, bu yarış da həmişə böyük maraqla izlənilir”.

Qeyd edək ki, Qran-prinin final mərhələsi və komandalararası dünya çempionatı “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək. Dekabrın 9-10-da olacaq Qran-Pri yarışlarında dünyanın ən güclü 128 idmançısı gücünü yoxlayacaq. Kişilər və qadınlar hərəsi 4 çəki dərəcəsində dayanqa çıxacaqlar. Rionun əkrər mükafatçıları da onlar arasında olacaq. Dekabrın 11-də “Baku Badamdar” otelində Qala gecə təşkil ediləcək. Ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi, ən yaxşı döyüşçü, ən yaxşı hakim və ən yaxşı milli federasiya bu mərasimdə mükafatlandırılacaq. Qaydaya əsasən qonaqlar rəsmi geyimlərdə olmalıdılar.

Dekabrın 12-13-də isə komandalararası dünya çempionatı təşkil olunacaq. 8 kişi və 8 qadın komandası planetin ən yaxşısı adı uğrunda mübarizə aparacaq. Tarixdə ilk dəfə komanda birinciliyində kişi və qadınlarla yanaşı, qarışıq yığmalar da üz-üzə gələcəklər. 

xeberler app

Xəbər lenti