Prokuror tanışını məktəbə direktor təyin etmək adı ilə dələduzluq edən qadına cəza istəyib

Prokuror tanışını məktəbə direktor təyin etmək adı ilə dələduzluq edən qadına cəza istəyib

2016-12-02 12:40   28   Mənbə : www.apa.az

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqında da sübuta yetirildiyini deyib.

Prokuror N. Məmmədovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nərgiz Məmmədova zərərçəkmiş Sevil Qaracayevanı Bakıdakı məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 50 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

N. Məmmədova iki dəfə məhkumluq həyatı yaşayıb.

O, TQDK-nın ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib.  Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb ondan 23 min manat almaqda ittiham edilib, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

xeberler app

Xəbər lenti