Türkiyədə terror təhlükəsi: 20 bina boşaldıldı (VİDEO)

Türkiyədə terror təhlükəsi: 20 bina boşaldıldı (VİDEO)

2016-12-02 13:27   24   Mənbə : www.trend.az

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis şəhərin Karşıyaka rayonundakı biznes mərkəzində terror aktı ilə bağlı xəbərdarlıq alıb.

Xəbərdarlıqdan dərhal sonra polis və xilasedicilər sakinləri bölgədən uzaqlaşdırmağa başlayıb.

Hazırda ərazidə partlayıcı qurğu üzrə mütəxəssislər çalışır.

xeberler app

Xəbər lenti