Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

2016-12-02 14:29   23   Mənbə : www.oxu.az

Türkiyədə dolların məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib.

Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir az əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 

Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni, devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir. 

Həmçinin, “Moody's” beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.

“Report”un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-a qədər yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.

U.A.

xeberler app

Xəbər lenti