Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var

Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var

2016-12-02 12:45   23   Mənbə : www.xezerxeber.com

Ermənistanda qızıl mədənində atışma olub. 

Ermənistan KİV-i xəbər verir ki, gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.

Məlumata görə, 31 yaşlı kişi gecəyarısı mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onun qarşısını almağa çalışıblar. Bu zaman həmin şəxs atəş açıb.

Polis silahlı basqını törədən Vardenis rayonunun 31 yaşlı sakinini saxlayıb.

Faktla bağlı araşdırma aparılır. 

xeberler app

Xəbər lenti