1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib (FOTO)

1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib (FOTO)

2016-12-02 14:21   28   Mənbə : www.trend.az

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 dekabr - AİDS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloq Emin Babayev, Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu Asif Kəngərli, Yasamal rayonunda fəaliyyət göstərən 1saylı Bakı Baza Tibb kollecinin, Pedaqoji kollecin, Rabitə və nəqliyyat kollecinin müəllim və tələbə kollektivləri iştirak ediblər.

Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu A.Kəngərli çıxışında bildirib ki, QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemoloji Nəzarət Narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində gördüyü işlər, Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları mövzusunda ətraflı məlumat verilib.

Qonaqlar Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, ulu öndər Heydər Əlieyvin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad ediblər. Sonda A.Kəngərlinin “Bəla” pyesinin III pərdəsindən film nümayiş olunub.

xeberler app

Xəbər lenti