Aqrar sektorun ənənəvi sahələrinin inkişafı ilə bağlı 13 dövlət proqramı hazırlanır

Aqrar sektorun ənənəvi sahələrinin inkişafı ilə bağlı 13 dövlət proqramı hazırlanır

2016-12-02 12:54   20   Mənbə : www.apa.az

"Gələcək illərdə aqrar sektorda 4-5%-lik artım gözlənilir". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

"Aqrar sektorda görülmüş tədbirlər, dövlətin bu sahəyə genişmiqyaslı dəstəyi, subsidiyaların tətbiqi dairəsinin genişləndirilməsi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunun qəbulu bu sahədə davamlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Bu sahənin gələcək illərdə 4-5% artacağını proqnozlaşdırırıq", - deyə nazir müavini bildirib.

S. Həsənova qeyd edib ki, aqrar sektorun ənənəvi sahələri ilə bağlı İqtisadiyyat Nazirliyi 13 dövlət proqramı hazırlayır: "Pambıqçılıq, tütünçülük, baramaçılığın həm idxalla əvəzetmə, həm də ixracı stimullaşdırmaq, eyni zamanda məşğulluq baxımından əhəmiyyətini nəzərə alaraq tərəfimizdən 13 dövlət proqramı hazırlanır və növbəti illərdə icrası təmin olunacaq".

xeberler app

Xəbər lenti