Arif Rəhimov: Biz “Formula-1”-in Bakıya qayıtmasını səbirsizliklə gözləyirik

Arif Rəhimov: Biz “Formula-1”-in Bakıya qayıtmasını səbirsizliklə gözləyirik

2016-12-02 14:43   28   Mənbə : www.oxu.az

“Biz “Formula-1”-in Bakıya qayıtmasını gələn ilin iyununda qeyd etməyi səbirsizliklə gözləyirik”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Baku City Circuit” Bakı Dairəvi Yolun icraçı direktoru Arif Rəhimov bildirib. 

Bununla yanaşı, o, tədbirin rəsmi adının “Azərbaycan Qran Prisi” adı ilə dəyişdirilməsinə vasitəçi olan səbəbləri şərh edib.  

“Yarışı “Avropa Qran Prisi” adlandırmaqla biz ölkəmizi Avropanın bir hissəsi, yarışları isə Avropa yarışları kimi təqdim etmək istəyirdik. Beləliklə də dünya ictimaiyyətinə Avropa mentalitetimizi və ölkəmizin xarici qonaqlar üçün açıq olduğunu nümayiş etdirmək istəyirdik”.

Qeyd edək ki, bu gündən etibarən “Formula-1”-in “Azərbaycan Qran Prisi”nə biletlər satışa çıxarılıb. 

Elvin Əhmədov

xeberler app

Xəbər lenti