Azərbaycanın büdcə layihəsinin müzakirəsi başa çatıb

Azərbaycanın büdcə layihəsinin müzakirəsi başa çatıb

2016-12-02 14:54   24   Mənbə : www.oxu.az

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda, işi ona uyğun qurublar: “Az olanda da, buna uyğun qurmalıyıq”.  

Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib. 

U.A.

xeberler app

Xəbər lenti