Nigar Arpadarai “Formula-1”-ə ayrılmış vəsaiti şərh etdi

Nigar Arpadarai “Formula-1”-ə ayrılmış vəsaiti şərh etdi

2016-12-02 14:59   24   Mənbə : www.oxu.az

Bakı Şəhər Halqasının Marketinq şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula-1” yarışlarına ayrılmış vəsaiti şərh edib. 

Oxu.Az xəbər verir, Nigar Arpadarai bildirib ki, keçən il xərclər iki yerə bölünmüşdür.
 
Onun sözlərinə görə, birinci infrastruktur işləridir:

“Yolun çəkilişi, tribunaların alışı, təhlükəsizlik baryerlərinin alınıb quraşdırılmasıdır. Bu xərclər bu il azalacaq. 

İkinci xərclər əyləncə proqramı, konsertin təşkili ilə bağlı işlərdir. Bu işlərə ayrılmış vəsait azalmayacaq”. 

O qeyd edib ki, Bakı Şəhər Halqası daha çox əyləncə sevən insanları cəlb etmək istəyir.

Elvin Əhmədov

xeberler app

Xəbər lenti