Sorğu: Macarıstan, Rusiya və Finlandiya vətəndaşları Formula 1-i izləmək üçün yenidən Bakıya gəlmək istəyirlər

Sorğu: Macarıstan, Rusiya və Finlandiya vətəndaşları Formula 1-i izləmək üçün yenidən Bakıya gəlmək istəyirlər

2016-12-02 15:11   30   Mənbə : www.trend.az

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Nielsen Sport" vasitəsilə azarkeşlərin Formula 1-in ən yeni treki ilə bağlı yarışdan əvvəl və sonrakı düşüncələri ilə bağlı sorğu keçirib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bugün keçirdikləri mətbuat konfransında deyib.

B.Özərdim deyib ki, 16 ölkədə keçirilən sorğuda beynəlxalq auditoriyanın 2016 Avropa Qran Prisi haqqında məlumatlılığı, tanışlığı və marağı öyrənilib: "Ölkələrin hamısından, xüsusilə Braziliya, İspaniya və Finlandiyadan olan iştirakçılar Bakının Formula 1 təqviminə əlavə olunmasını böyük məmnuniyyətlə qarşılayıblar. Bu ölkələrin əksəriyyətindən, xüsusilə Macarıstan, Rusiya və Finlandiyadan olan sorğu iştirakçıları 2017-ci ildə keçiriləcək növbəti Formula 1 yarışını yerində canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər".

B.Özərdim deyib ki, bundan başqa, Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı ABŞ, Macarıstan və İspaniya vətəndaşları arasında məlumatlılığı xeyli dərəcədə artırıb və Bakı haqqında məlumatı olanların sayı çoxalıb: " Xüsusən də Almaniya, İspaniya və Fransada iştirakçılar arasında Formula 1-in yarış obyektlərindən Bakı treki haqqında məlumatlılıq səviyyəsi yüksək dərəcədə artıb".

xeberler app

Xəbər lenti