“Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

“Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

2016-12-02 13:17   19   Mənbə : www.apa.az

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, konfransın başlıca məqsədi yerli və xarici ali təhsil müəssisələrinin, xarici akkreditasiya qurumlarının, habelə təhsildə keyfiyyətin təminatı üzrə ekspertlərin arasında akkreditasiya sahəsində qazanılmış uğurlu təcrübələr və bu sahədəki çətinliklər ətrafında fikir mübadiləsini aparmaqdır. O deyib ki, konfransdan əsas gözləntilər Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində uğurlu təcrübələrin ölkəyə gətirilməsidir.


Konfransın plenar hissəsində “Avropa və MDB ölkələrində təhsildə keyfiyyətin təminat sisteminin yenidən qurulmasının çətinlikləri və öyrənilmiş dərslər” mövzusunda xarici akkreditasiya qurumlarının rəhbərləri tərəfindən məruzələr dinlənilib.

Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri tərəfindən məruzələr edilib.

Bugünə aid digər xəbərlər

xeberler app

Xəbər lenti