YouTube ölkədən gedir

"YouTube" ölkədən gedir

2016-12-02 13:45   26   Mənbə : www.publika.az

Rusiyada təklif edilən yeni qanun layihəsi audiovizual xidmətlərin xarici pay sahiblərinin fəaliyyətini məhdudlaşdıra bilər.

Publika.az xəbər verir ki, bu barədə , "Kommersant'" qəzetində məqalə dərc edilib.

Belə ki, “Peşəkar məzmunla audiovizual xidmətlərdə xarici sahibkarların payının məhdudlaşdırılması” haqqında qanun layihəsi qəbul edilərsə, “Youtube” Rusiyadan gedə bilər. Bu qanunun qəbulu xarici pay sahiblərinin ölkədə fəaliyyətini məhdudlaşdıracaq.

Lakin qanunun detalları tam bəlli deyil. Layihənin qəbul edilməsi isə ölkədə belə infrasturukturun qurulmasını vacib edəcək ki, bu da əlavə xərc deməkdir.

Bu baxımdan layihəyə qarşı çıxanlar da var.

Qeyd edək ki, ötən həftə "Vahid Rusiya" və Rusiyanın Liberal-Demokratik Partiyası online kinoteatrlarda xarici mülkiyyət payında 20% limitin tətbiqi ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Audiovizual xidmətlərin təşkilatçıları üzərində xarici nəzarət fəaliyyətinin məhdudiyyətini nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda qəbulu nəzərdə tutulur. Hansı ki, bir gündə Rusiya Federasiyasının ərazisində 100 mindən çox internet-istifadəçi bu saytlara baş çəkir. Rusiyanın yalnız bir regionunda gündəlik bu saytalara daxil olanların sayı isə 20 mindən çoxdur.


Gülxar

xeberler app

Xəbər lenti