Bakıda iki avtomobil yolunda sürət həddi endirilib

Bakıda iki avtomobil yolunda sürət həddi endirilib

2016-12-02 15:33   29   Mənbə : www.oxu.az

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda, Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

E.Ə.

xeberler app

Xəbər lenti