Saakaşvili pul yığmağa başladı

Saakaşvili pul yığmağa başladı

2016-12-02 14:00   24   Mənbə : www.publika.az

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yaratdığı partiyanın inkişafına vəsait toplamağa başlayıb.

Publika.az xəbər verir ki, Saakaşvili bu haqda “Facebook” səhifəsində yazıb.

“İnanırıq ki, bu mümkündür. Biz özümüzdən başlayırıq. Lap əvvəldən dövlətlə dürüst münasibətlər qurmaq istəyirik. “Yeni Güclərin Hərəkatı”nın inkişafına və Ukraynanın super dövlətə çevrilməsi üzrə planlarımızın reallaşdırmasına vəsait toplanılmasının başlanğıcını elan edirik”, - deyə Saakaşvili yazıb.

O, qeyd edib ki, partiya öz qarşısına Ukraynada yeni siyasi sinfin yaradılmasını hədəf qoyub.

Xatırladaq ki, Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib. O, qərarını Ukrayna hakimiyyətinin korrupsiya ilə mübarizə aparmamaq istəyi ilə izah edib. Saakaşvili həmçinin prezident Pyotr Poroşenkonu regionda cinayətkar qruplaşmaları himayə etməkdə günahlandırıb.

Ömər Dağlı

xeberler app

Xəbər lenti