“Prezidentin atdığı addımlar nümunə olmalıdır” - Səməd Seyidov

“Prezidentin atdığı addımlar nümunə olmalıdır” - Səməd Seyidov

2016-12-02 14:11   26   Mənbə : www.publika.az

“Bu gün Azərbaycanın xarici siyasəti ölkə başçısının tövsiyə etdiyi istiqamətlər üzrə islahatları özündə ehtiva edən, Azərbaycanı postneft ölkəsi kimi təqdim edən siyasətə çevrilməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib.

O deyib ki, büdcədən ayrılan vəsaitin necə səmərəli sərf olunacağını düşünmək lazımdır:

“Büdcədən ayrılan vəsaitlər üzrə işimizi səmərəli təşkil etsək, əminəm ki, Azərbaycanın beynəlxalq əlaqələri heç də hansısa problem qarşısında qalmayacaq. Əksinə, daha da inkişaf edəcək”.

Komitə sədri xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərini səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb:

“Cənab Prezidentin xarici siyasət sahəsində ortaya qoyduğu iradə, atdığı addımlar həm XİN, həm də səfirliklər üçün konkret nümunə olmalıdır. Gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir”.

Vasif Həsənli

xeberler app

Xəbər lenti