İsmayıllıda ÖZBAŞINALIQ: Qaz pulu artıq hesablanır

İsmayıllıda ÖZBAŞINALIQ: Qaz pulu artıq hesablanır

2016-12-02 14:15   21   Mənbə : www.publika.az

İsmayıllı rayonunda bəzi kəndlərində qaz pulu artıq hesablanıb. Bu barədə rayonun İstisu, Sumağallı kənd sakinlərinin redaksiyamıza müraciətində bildirilib.

Sakinlər Publika.az-a deyib ki, noyabr ayından təbii qaza görə ödəniş üçün onlardan əlavə 7-8 manat tələb edilir.

“Sayğaclarımız mexanikidir. Hər ayın sonunda “Azəriqaz”dan bizə bildiriş verirlər. Özümüz də sayğacın üzərində ay ərzində neçə kub istifadə etdiyimizi bilirik. Bu dəfə bizə təqdim olunan bildirişlə öz hesabımız arasında azı 5 manat fərq yaranıb. Bəzi evlərdə fərq 8 manatdır. Səbəbi isə bizə izah edilmir”, - deyə sakinlər bildirir.

Bu fərqə görə sakinlər ödənişi etməkdən imtina edir. Bəs bu fərqin səbəbi nədir? Bəlkə, Tarif Şurasının yeni qərarı İsmayıllıda bir ay əvvəldən tətbiq olunur?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, bildirişdəki məlumatla razılaşmayan abonent nə qədər ödəniş etməli olduğunu başqa mənbədən də dəqiqləşdirə bilər: “Hər bir nəzarətçinin əl terminalı var. O, hər bir sayğacın üzərindəki göstəricini çıxarır və bildirişi abonentə təqdim edir. Abonent özü də buna nəzarət edir. Onda hər hansı sual yaranırsa, yerli xidmət sahəsi və ya region üzrə “ASAN” xidmət mərkəzinə yaxınlaşıb, abonent haqqında məlumatı çıxara bilər. Bu zaman hansı ayda nə qədər ödəniş etdiyini, təbii qaz istifadə etdiyini öyrənə bilər”.

Gülxar

xeberler app

Xəbər lenti