Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

2016-12-02 15:40   23   Mənbə : www.xeberler.az

Məsələ ilə bağlı Azərbyacan İnternet Fondunun rəhbəri Osman Gündüzün sözlərinə görə, bu məsələ hal-hazırda gündəmdədir.

Son zamanlar gündəmi zəbt edən məsələlərdən biri də sosial şəbəkələrdə saxta profillərdən təhqir və böhtan atanların məsuliyyətə cəlb edilməsi barədəki təkliflərdir. Saxta profillərdən istifadə edənlərin cəzalandırılması hamı üçün maraqlıdır. Ancaq bir məqam qaranlıq qalır. Saxta profillərdən təhqir edənlərlə necə mübarizə aparılacaq? Əgər saxta profil ölkə xaricindən idarə edilirsə...

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbyacan İnternet Fondunun rəhbəri Osman Gündüzün sözlərinə görə, bu məsələ hal-hazırda gündəmdədir.

“Milli Məclisdə saxta profillərdən təhqir edənlərlə bağlı qərar qəbul edilib. Dünyada belə problem mövcuddur. Bəzi adamlar saxta profillərin arxasında gizlənərək, təhqir, böhtan xarakterli yazılar yazır. Saxta profillərdən istifadə edənlər arasında təkcə müxalifyönlü insanlar olmur, onlar dövlət məmurları da, özəl sektordakılar da, istənilən sahədən də ola bilər. Kimsə öz marfaqlarını güdmək üçün təhqir, böhtandan istifadə edir. Bu problemin həlli istiqamətində irəli sürülən mexanizmlər təkmil deyil. Problemin həlli ilə bağlı cinayət məsuliyyəti, cərimələr nəzərdə tutuldu. İnternetin arxitekturası baxımından, fəlsəfəsi baxımından, kiber fəzanın xüsusiyyətləri baxımından kifayət qədər mürəkkəb məsələdir. 

Osman Gündüz bildirib ki, bu cür profillər xaricdən idarə olunursa, xarici İP-dən istifadə edərək  idarə olunursa, bu daha da müşküldür.

“Kiber cinayətkarlıqla bağlı konvensiyanın tələblərinə uyğun  olaraq, Azərbaycanın müvafiq qurumları beynəlxalq təşkilatlarla birlikdə işləməlidir. Bununla bağlı Azərbaycan İnternet Forumunun da ilkin rəyi ondan ibarətdir ki, doğrudan da belə bir problem var, kimlərinsə saxta profillər vasitəsi ilə təhqir etməsi yolverilməzdir. Bununla belə, biz narahatıq ki, bu qanunun icrası mexanizmi ilə bağlı tutarı yoxdur. Müəyyən dövlət qurumları var ki, buna cavabdehdir. Amma bu qurumun nümayəndələrində qanunun necə icra olunması ilə bağlı yetkin bir təsəvvür yoxdur. Ona görə hesab edirik ki, bu qanunun icrası ilə bağlı rəsmi qurumlar açıqlama verməldirlər. Əks halda, ehtiyatlanırıq ki, bundan sui-istifadə oluna bilər. Kimlərsə bu cür aydın, yetkin icra mexanizmi olmayan qanundan başqa məqsədlər üçün istifadə edə bilər. Bu Azərbaycan internetinin inkişafını əngəlləyə bilər, fundamental insan hüquqlarının pozulmasına da gətirib çıxara bilər. İndiki durumda bu cür açıqlama verilməsi vacibdir ki, qanunun icra mexanizmi necə olacaq, hansı addımlardan istifadə ediləcək. Saxta profillərdən xaricdə istifadə ediləndə təbir necə görüləcək?”.

Xeberler.az

xeberler app

Xəbər lenti