İlin ən yaxşı əsginası adına namizədlər açıqlanıb

İlin ən yaxşı əsginası adına namizədlər açıqlanıb

2016-12-02 14:35   30   Mənbə : www.apa.az

Beynəlxalq Banknot (Əsginas) Cəmiyyəti (International Bank Note Society, IBNS) 2016-cı ilin ən yaxşı əsginasını seçir.

"APA-Economics" xəbər verir ki, bu ilin ən yaxşısı adını qazanmaq üçün il ərzində tədavülə buraxılmış 9 banknot mübarizə aparır.
 

Namizədlər bunlardır:

5 Avstraliya dolları - üzərində Böyük Britaniya kraliçası II Elizabet əks olunub;

5 İngilis funt sterlinqi - sukeçirməzdir;

50 Yeni Zelandiya dolları - üzərində məşhur siyasətçi Apirana Ngata və Kivi quşu əks olunub;

5 Şotlandiya sterlinqi - üzərində məşhur şair Nan Şefard (Nan Shephard) əks olunan əsginas Böyük Britaniya daxilində istifadə oluna bilər;

50 gürcü larisi - üzərində Gürcüstan kraliça Tamara əks olunub;

50 İsveçrə frankı - "İsveçrənin fərqli simaları" konseptində hazırlanıb;
 

1000 Maldiv rufiyası - özündə ölkənin əsrarəngiz təbiətini canlandırır;

100 İsveç kronu - üzərində "Buzlar kraliçası" kimi tanınan və Hollivud ulduzu olaraq dünya kino tarixinə damğa vuran Qreta Qarbo əks olunub;

100 Belarus rublu - özündə paytaxt Minskin mənzərəsini canlandırır.

Qeyd edək ki, 2004-cü ildən etibarən IBNS hər il ərzində tədavülə buraxılan ən yaxşı əsginasları seçir.

xeberler app

Xəbər lenti