azerbaijan news app
ABŞ Rusiya xüsusi xidmətlərini ittiham etdi
image
2018-07-13 21:46

ABŞ Ədliyyə Nazirliyi Rusiya xüsusi xidmətlərinin 12 əməkdaşını Birləşmiş Ştatlarda keçirilən seçkilərə müdaxilədə ittiham edib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Baş prokurorunun müavini Rod Rozenşteyn bəyan edib.

Rusiya xüsusi xidmətlərinin əməkdaşları ABŞ-ın Demokrat partiyasının kompüter şəbəkəsinə haker hücumunda günahlandırılırlar.

Bildirilir ki, onlar qeyri-qanuni olaraq əldə etdikləri məxfi məlumatı ictimailəşdiriblər.

ABŞ rəsmisi həmçinin bəyan edib ki, Rusiya xüsusi xidmətləri seçki komissiyasının saytına müdaxilə edərək 500 min seçicinin məlumatlarını mənimsəyiblər.

Bununla yanaşı qeyd edilir ki, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərilməyib.

www.oxu.az

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory