http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?
image
2019-02-01 18:54

UEFA futbol üzrə Avro-2020-də 24 futbol komandasının harada məşq edəcəyi və harada məskunlaşacağına dair siyahı tərtib edib.

Oxu.Az xəbər verir ki, Bakı da daxil olmaqla ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin məşq stadionları arasında “Bakcell Arena”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika Stadionu olacaq.

“Fairmont”, “Bilgah Beach” və “Excelsior” hotelləri isə qonaq komandaların Bakıda məskunlaşacağı məkanlar kimi müəyyənləşdirilib.

UEFA-nın əməkdaşları bu siyahını müəyyənləşdirmək üçün Avropanın 12 şəhərinin 150-dən çox hotel və 100-dən çox təlim-məşq bazalarında olub. Hotel seçimində obyektlərin mərkəzdə olması, həmçinin kurort üslublu olması əsas götürülüb.

Bununla belə, Avro-2020-nin iştirakçı milli komandalarını təmsil edən federasiyalar özləri baza və hotelləri kataloqdan kənar seçmək hüququna da malikdir. Hətta komandalar Avro-2020-nin keçirilməyəcəyi qonşu ölkələrdə də məskunlaşa bilər.

Qeyd edək ki, gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatı Hollandiyanın Amsterdam, İspaniyanın Bilbao, Rumıniyanın Buxarest, Danimarkanın Kopenhagen, İrlandiyanın Dublin, Şotlandiyanın Qlazqo, İngiltərənin London, Almaniyanın Münhen, İtaliyanın Roma və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutacaq.

Bakıda üç qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (4 iyul) mərhələsinin matçı təşkil olunacaq. 

Paytaxtımız və Romada A qrupunun oyunları keçiriləcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanacağı halda, matçlarından biri Bakı Olimpiya Stadionunda olacaq.

Səbuhi MUSAYEV

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory