http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Azərbaycanda 20-yə yaxın qəzet bağlandı
image
2019-02-01 11:16

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib.

Oxu.Az xəbər verir ki, tələblərə əsasən, son üç ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİVDF tərəfindən maliyyələşdiriləcək.

Tələblərə cavab verməyən və dövlət tərəfindən maliyyələşdirilməyən qəzetlər isə bunlardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.

“Bizim Yol” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həziyev öncə qəzetin həftədə bir dəfə çıxa biləcəyini qeyd etsə də, sonra qəzetin çap versiyasının tamamilə bağlandığını, yalnız onlayn versiyada fəaliyyət göstərəcəyini söyləyib.

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas isə qəzetin öz hesabına fəaliyyətini davam etdirəcəyini bildirib. 

“Şərq” qəzetinin gələcək taleyi isə hələlik naməlumdur.

İlhamə Rəsulova

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory