azerbaijan news app
Azərbaycanlı hakimlər Oimpiya Oyunlarında gimmastların çıxışlarını dəyərləndirəcək
image
2018-07-13 18:28

Bakı. Trend:

2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimmastların çıxışlarının dəyərləndirilməsində azərbaycanlı hakimlər də iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandalarımızın hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev bu oyunlarda hakimlik etmək üçün dəvət olunublar.