azerbaijan news app
Badamdarda müşahidələr davam etdirilir
image
2018-10-13 21:32

 Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) tərəfindən yaradılan Qərargahın son məlumatında deyilir. Bildirilir ki, sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.

"Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.  

 

Xəbərin əsas linki (qafqazinfo.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory