http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Bakı sakinini döyüb telefonunu alanlar ələ keçdi
image
2019-02-02 23:20

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən açılıb.

Oxu.Az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yanvarın 26-da polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında iki tanımadığı şəxs onu döyərək, “LG” markalı mobil telefonunu alıblar.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq əməllərini etiraf ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Quldurluq törətməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory