azerbaijan news app
Bakıda külək güclənəcək, rayonlara yağış yağacaq
image
2018-07-14 13:40

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-27°, gündüz 32-36°, Bakıda gecə 25-27°, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Xəbərin əsas linki (trend.az)

Copyright © 2016 2018 All rights reserved.

ILK-10 Azeri Website Directory