http://bodelen.com/afu.php?zoneid=2241141

azerbaijan news app
Bakıda yeni salınan yolda problem - VİDEO
image
2019-02-01 12:09

Yasamal rayonu ərazisində salınan yeni yolda problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, “ASAN xidmət”in yaxınlığından keçən və A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə kanalizasiya lyuku daşıb:

“Ərazidə qoyulan kanalizasiya sistemi dolub və su lyukdan çölə daşıb. Lakin içərisini təmizlədikdən sonra yenidən qapağı bağlanacaq ki, yolda heç bir problem yaşanmasın”.

Qeyd edək, videonu “Facebook” sosial şəbəkəsində İlkin Kərimov yayıb.

Könül Cəfərli

Xəbərin əsas linki (oxu.az)

Copyright © 2016 2019 All rights reserved.

ILK-10 Azeri Website Directory